Menu

Bankın borca görə həbs etdirdiyi şəxs həbsxanada öldü

23.05.2016, 13:42
Bankın borca görə həbs etdirdiyi şəxs həbsxanada öldü

Bakı İstintaq Təcridxanasında ölüm faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, 3 aydır, məhkum olunmuş Yaşar Mehdiyev qəfildən dünyasını dəyişib. Təcridxanasından verilən məlumata görə, Y.Mehdiyev “Parabank”ın iddiası əsasında həbs olunub. O, bankın yarım milyona yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. O da qeyd olunur ki, mərhum bu gün Ağır Cinayətlərə dair Məhkəmədə son söz deyəcəkmiş.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl “Parabank”ın iddiası əsasında həbs olunan daha bir məhkumun Bakı İstintaq Təcridxanasında ölməsiylə bağlı məlumat yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol