Menu

Azərbaycanda daha bir bankın rəhbərliyi dəyişib

23.05.2016, 16:20
Azərbaycanda daha bir bankın rəhbərliyi dəyişib

“Deka Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Niyazi Şaiq oğlu Vəliyevin səlahiyyətinə xitam verilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu barədə səhmdarların növbədənkənar iclasında qərar verilib.

Digər qərarla İsmayıl Araz oğlu Əliyev Bankın İdarə Heyətinin üzvü və sədri seçilməklə İdarə Heyətinin 3 nəfər tərkibdə formalaşması təmin edilb.

İdarə Heyətinin digər 2 nəfər üzvünün seçilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol