Menu

Rus ordusu sərhədlərimizdə hərbi manevrlərə başladı

29.03.2014, 12:38
Rus ordusu sərhədlərimizdə hərbi manevrlərə başladı

Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması məşq olunur

Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir. APA -nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir.

150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 «Nona» özüyeriyən “haubitsalar”, MT-12 «Rapira» tank əleyhinə toplar, həmçinin «Metis» və «Faqot» tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur. Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur. Qeyd edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol