Menu

Türkiyə təyyarəsində bomba həyəcanı

23.05.2016, 18:39
Türkiyə təyyarəsində bomba həyəcanı

Hazırda təhlükəsizlik xidməti əməkdaşları təyyarədə axtarış aparırlar.

Türkiyədə yenidən əhalini təşvişə salacaq bomba xəbərdarlığı edilib. Anspress-in məlumatına görə, bu dəfə həyəcan dolu anlar Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində yaşanır.

Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.

Bundan sonra sərnişinlər təyyarədən təxliyyə edilib. Hazırda təhlükəsizlik xidməti əməkdaşları təyyarədə axtarış aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol