Menu

Rusiya və Çinin hərbi aviasiyasının davranışı ABŞ-ı təşvişə salır!

24.05.2016, 00:20
Rusiya və Çinin hərbi aviasiyasının davranışı ABŞ-ı təşvişə salır!

Xarici KİV-in məlumatına görə, Amerika təyyarələri və gəmilərinə qarşı Rusiya və Çin hərbi aviasiyasının hərəkətləri ABŞ-ı ciddi şəkildə narahat edir, amma bu ölkə beynəlxalq hava və dəniz məkanından sərbəst şəkildə istifadə etmək hüququndan imtina etmək fikrində deyil (TASS).

Bu barədə bazar günü ABŞ silahlı qüvvələri hərbi-hava əməliyyatları komandanı, general Herbert Karlayl «USA Today» qəzetinin saytında dərc olunmuş müsahəbəsində bəyan edib.

««Yenidən «doğulan» Rusiya və həddindən artıq aqressiv Çin bizi narahat edir» - deyə, general belə bir ehtimal irəli sürüb ki, Rusiya Şərqi Avropada, Çin isə bir sıra adalardan dolayı ərazi mübahisələrinin yaşandığı Cənubi Çin dənizində öz təsir dairəsini müəyyən etmək isitəyir.

«Onlar istəyirlər ki, biz orada olmayaq. O zaman həmin beynəlxalq məkan yalnız onların nəzarəti altında olardı. Mən hesab edirəm ki, biz buna imkan verə bilmərik. Biz, qanuni əsaslarla beynəlxalq hava məkanından və beynəlxalq sulardan istifadə etməkdə davamlı olacağıq. Onlar özlərini arqessiv və təhlükəli aparacağı təqdirdə isə biz, susmayacağıq» - deyə, amerikalı general qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol