Rusiya KİV-nin yaydığı məlumata görə, ölkənin xarici işlər naziri Sergey Lavrov deyib ki, dünya siyasətində Çin, getdikcə Rusiyanın daha ağır çəkili tərəfdaşına çevrilir. Rusiya diplomatiya idarəsinin başçısı bu fikri çərşənbə axşamı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xarici işlər nazirləri şurasının iclası formatında Çinin xarici işlər naziri Van İ ilə görüşü zamanı səsləndirib (TASS).
Lavrov qeyd edib ki, Rusiya və Çin arasında siyasi dialoq həm «ali səviyyədə», həm də «yüksək səviyyədə» genişlənir: «Bu il indiki görüşümüz dördüncüdür. Çin - bizim başlıca ticarət tərəfdaşımızdır. Biz, ticarət-iqtisadi əməkdaşlığımızı gələcəkdə də möhkəmləndirəcək vacib addımları anlayırıq».
Rusiya XİN başçısının sözlərinə görə, dünya siyasətində Pekin, getdikcə Rusiyanın daha çəkili tərəfdaşına çevrilir: «Bizim ölkələrimiz qlobal dünyanın problemlərinin həlli istiqamətində düşünülmüş praqmatik yanaşmaları ilə digər ölkələrə nümunə göstərirlər».
«Bir sıra beynəlxalq formatlarda, o cümlədən, «ŞƏT», «BRİKS», «20-lər qrupu, «Şərqi Asiya sammiti» çərçivəsində biz, qarşılıqlı fəaliyyət göstəririk. İndi isə gələcək qarşılıqlı fəaliyyət üçün yeni bir istiqamət meydana gəlib. Mən, Avrasiya İqtisadi İttifaqı (AAİİ) və Çinin «İpək yolu» təşəbbüsü çrçivəsindəki dialoqu nəzərdə tuturam» - deyə, nazir söhbətinə yekun vurub.
AzPolitika.info

Şərhlər