Qəzaya uğrayan A320 təyyarəsində ölənlərin cəsədlərinin qalıqlarının ekspertizası partlayış olduğunu göstərir
Qəzaya uğrayan Misirin "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsində ölənlərin cəsədlərinin qalıqlarının ekspertizası hava gəmisində partlayış olduğunu göstərir.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Misirin məhkəmə-tibbi ekspertizasındakı nümayəndəsinə istinadən məlumat verib.
Mənbənin bildirdiyinə görə, hələlik partlayıcı maddənin izləri tapılmayıb.
Qeyd edək ki, "Airbus A320" təyyarəsi mayın 19-na keçən gecə Parisdən Qahirəyə uçuş həyəta keçirərkən radarlardan itmişdi. Sonradan qəzaya uğradığı aydınlaşan təyyarədə 56 sərnişin, 7 ekipaj üzvü, 3 təhlükəsizlik xidməti işçisi olub.

Şərhlər