Menu

Məşhur müğənni boşanır

24.05.2016, 15:44
Məşhur müğənni boşanır

Rafet el Roman və Ceren cütlüyünün ayrılıq səbəbi məlum olub.

Türkiyənin məşhur müğənnisi Rafet el Roman və Ceren cütlüyünün ayrılıq səbəbi məlum olub. ANS PRESS-in məlumatına görə, Ceren müğənniyə ana olmaq istədiyini desə də, 3 övladı olan Rafet bununla razılaşmayıb.

Digər iddialara görə isə Rafetin Tuğba Altıntopdan olan qızları Su və Şevval Cerenlə yola getməyiblər.

Cütlüyün boşanama xəbəri ötən həftə yayılıb. Məşhur aktrisa Oya Aydoğanın dəfn mərasiminə ayrı-ayrı qatılan ər-arvadın barmağında üzüyün olmaması ikilinin boşanması dəqiqləşib.

Cütlük 2 il əvvəl ailə qurub. Onların 1 oğlu və 2 qızı var. Rafet El Roman həyat yoldaşından 20 yaş böyükdür.

İfaçı 3 dəfə evil olub. 1996-cı ildə model Tuğba Altıntop ilə evlənib. Müğənni 7 ildən sonra xanımından ayrılıb. Həmin evlilikdən 2 qızı var. Daha sonra ifaçı Yeşim Eryıldırım ilə eşq yaşayıb. Bu münasibətdən cütlüyün 1 oğlu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol