Menu

Erməni general Azərbaycanı HƏDƏLƏDİ - "Davam edəcək..."

25.05.2016, 12:52
Erməni general Azərbaycanı HƏDƏLƏDİ - "Davam edəcək..."

Ermənistanın Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşidrən “Yerkrapa” İttifaqının sədri, general-leytenant Manvel Qriqoryan Yerevanda mətbuat konfransı keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdan ötən gün qayıdan Qriqoryan mətbuat konfrasında Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edib və Azərbaycanı hədələyib.

“Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq”.

Həmçinin oxuyun: ERMƏNİSTAN MÜHARİBƏNİN DAVAMINA HAZIRLAŞIR

Manvel Qriqoryan 2 gün öncə Qarabağdakı 1740, ötən gün isə özü başda olmaqla 113 könüllünün Ermənistana qayıtdıqları barədə məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol