Rövnəq Abdullayevin sözlərinə görə, nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib
"Qənaət üçün dekabrda qərar qəbul etdik ki, SOCAR-ın bütün nümayəndəliklərinin işi dondurulsun". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlkət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, xaricdəki nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib: “Nümayəndəliklərin nümayəndəlik funsiyalarını Bakıya və yaxında olan 100%-lik şirkətlərimizə verilib. Bütün şirkətlər kimi biz də maliyyə məsələləri ilə bağlı bu addımı atdıq”.

Şərhlər