Menu

Krım tatarları milli muxtariyyət tələb edir

29.03.2014, 21:59
Krım tatarları milli muxtariyyət tələb edir

Krım Tatarlarının Qurultayı martın 29-da Birləşmiş Millətlər Təşkilatına, Avropa Birliyinə, Avropa Şurasına, ATƏT-ə və bir sıra dövlətlərin parlament və hökumətlərinə müraciət qəbul edib.

Müraciətdə Krım tatarlarının öz tarixi torpaqlarında özünütəyin haqqının tanınması istənir.

Müraciətdə deyilir: “2014-cü il martın 16-da Krımın Rusiyaya birləşdirilməsi üçün Krım ərazisində “referendum” keçirildi və öncədən bəlli olan nəticələr əsasında tarixi torpaqlarımız Rusiya birləşdirildi. Bütün dünyanın gözü qarşısında Krım işğal edildi. Krım tatarları bu “referenduma” qatılmadığı üçün bu qərar Krımın yerli əhalisi olaraq bizim iradəmizdən kənar baş verib. Biz hesab edirik ki, BMT-nin 13 sentyabr 2007-ci ildə qəbul etdiyi “Yerli xalqların hüquqları haqqında” qətnaməsi Krım tatarlarına şamil edilməli, bizim özünütəyin, muxtariyyət, özünüidarə haqqımız birmənalı olaraq tanınmalıdır. Krım Tatarlarının Qurultayı bu məqsədlə Krım tatarlarının tarixi ərazilərində milli muxtariyyət yaratmaları üçün siyasi, hüquqi prosedurların başlanmasını, Krım Tatar Məclisinin BMT başda olmaqla bütün müraciət edilən beynəlxalq qurumlarla danışıqlarda tərəf kimi tanınmasını tələb edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol