Menu

SWIFT dünya banklarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb

25.05.2016, 18:08
SWIFT dünya banklarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sistemi dünya banklarına məktub ünvanlayıb.

"APA-Economics" xəbər verir ki, məktubda yeni təhlükəsizlik tədbirləri barədə təlimat yer alıb.

Təlimatda maliyyə təşkilatlarının bank sistemində təhlükəsizliyin təmin olunmasında rolu barədə xatırlatma yer alıb.

Xatırladaq ki, bir müddət öncə Banqladeş, Vyetnam və Ekvador bankları haker hücumuna məruz qalıb. Hücum nəticəsində onlarla milyon dollar oğurlanıb. Məsələn, Banqladeş Mərkəzi Bankı 80 milyon dolların oğurlandığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol