Menu

Slovakiyalı nazir BMT Baş katibi postuna namizəd irəli sürüldü

26.05.2016, 00:37
Slovakiyalı nazir BMT Baş katibi postuna namizəd irəli sürüldü

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Slovakiyanın xarici işlər naziri Miroslav Layçik Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi postuna rəsmi namizəd elan edilib. Bu barədə məlumatı Slovakiya hökumətinin mətbuat xidməti yayıb («TASS»).

«Onun namizədliyini Slovakiya respublikasının hökuməti təsdiqləyib - Miroslav Layçik BMT Baş katibi postuna Slovakiyanın rəsmi namizədidir» - xəbərdə deyilir. Bratislavadakı mənbələrin bildirdiyinə görə, Layçikin xarici işlər naziri postunda davamçısı barədə danışmaq hələ tezdir.

Slovakiya xarici işlər nazirliyinin başçısı BMT Baş katibi postuna 11-ci namizəd olub. İndiki Baş katibin səlahiyyət müddəti isə cari ilin dekabr ayında başa çatır.

54 yaşlı Layçik Moskva dövlət beynəlxalq münasibətlər institutunu (MDBMİ) qurtarıb. O, Çexoslavakiya və Slovakiyanın Moskvadakı səfirliyində işləyib, Bosniya və Hersoqovinada BMT-nin ali nümayəndəsi olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol