Menu

​"Böyük yeddilik" ölkələri liderlərinin toplantısı başlayır

26.05.2016, 08:57
​"Böyük yeddilik" ölkələri liderlərinin toplantısı başlayır

"Böyük yeddilik" (G7) ölkələri liderlərinin ənənəvi illik toplantısı Yaponiyada öz işinə başlayır.

"Report" xəbər verir ki, görüş paytaxt Tokiodan 300 kilometr cənub-qərbdəki Mie prefekturasında baş tutacaq.

Yaponiyanın baş naziri Sindzo Abenin sədrliyi keçirilən görüşdə ABŞ prezidenti Barak Obama, Fransa lideri Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, İtaliyanın baş naziri Matteo Rençi, eləcə də Kanadanın baş naziri Castin Trüdo iştirak edəcəklər.

Sammitə həmçinin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan Klod Yunkerin qatılacağı gözlənilir.

Eyni zamanda toplantıya Vyetnam, Laos, İndoneziya, Şri-Lanka, Banqladeş, Papua-Yeni Qvineyanın dövlət və hökumət rəsmiləri qatılacaqlar.

Yaponiyanın baş naziri Sindzo Abe toplantıda dünya iqtisadiyyatı problemlərinin əsas diskussiya mövzusu olacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol