Menu

Balakəndə evləri qarət edən şəxs yaxalanıb

26.05.2016, 11:59

basqinsdjjsdhcuhBalakəndə evə basqın edən şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon sakini Eldar Qurahilovun yaşadığı evə girib, ona bıçaqla əl nahiyəsindən xəsarət yetirərək oradan 27 manat pul aparan Qurban Ağammədov yaxalanıb. Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 23-də rayon sakini Sanur Balaşovanın evinə girib, onu döyməsi və bıçaqla hədələyərək 65 manat pul aparması da müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol