Menu

Temperatur 32 dərəcəyə yüksələcək - Sabahın proqnozu

26.05.2016, 12:16

almanya-havaMayın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, Bakıda gecə 15-17 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 17-23 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol