Menu

"Dağlıq Qarabağ məsələsi dinc yolla tənzimlənməlidir" - İranın səfiri

26.05.2016, 13:17

A picture taken on August 20, 2010 showsSeyid Kazim Səcadi: Belə bir qərarın qəbul edilməsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərındən asılıdır

"Dağlıq Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə edilməli və dinc yolla tənzimlənməlidir".

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Tehranın Yerevandakı səfiri Seyid Kazim Səcadi bu şəhərdə "Fars ədəbiyyat və tarixi" mövzusunda keçirilən elmi konfrans çərçivəsində jurnalistlərin Azərbaycanın işğal altında olan torpaqlarındakı münaqişənin tənzimlənməsi ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, ölkəsi həmişə Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya qarşı olub.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi haqda söhbətlərə münasibət bildirən səfir deyib: "Belə bir qərarın qəbul edilməsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərındən asılıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol