Menu

Quba-Bakı avtomobil yolu bağlanır

27.05.2016, 16:13

bagli yol Road_closed_sign_101212Mayın 30-dan yolda hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi mayın 30-dan bağlanacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqamətində) tətbiq olunacaq.

Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol