Menu

 "Heç vaxt  ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik" - Azərbaycan Prezidenti

27.05.2016, 17:35

ilham_aliyev_180713Prezident İlham Əliyev: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

"Heç vaxt Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatlıarın aparıldığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol