Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ailəsi ilə birgə bələdiyyə seçkilərində iştirak edərək səs veriblər. ANS PRESS-in məlumatına görə, baş nazir İstanbulun Üsküdar rayonunda yerləşən seçki məntəqələrindən birində səs verib.
Ərdoğan səsini verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. “Məndə olan məlumatlara görə, bu dəqiqələrə qədər vətəndaşlarımız səsvermələrdə aktiv iştirak edir. Bu günə qədər meydanlarda arzuolunmaz çıxışlar oldu. Bu gün isə son sözü millətimiz deyəcək, millətin söylədiyi olacaq. Sandıqlar açıldıqdan sonra meydanlarda danışlanların hamısı tarixə bir qeyd kimi düşəcək. Seçkilərin millətimiz üçün xeyirli olacağına ümid edirəm”.


Şərhlər