ABŞ xüsusi təyinatlının üzərində YPJ kürd silahlı qrupunun emblemini görmək olar.
Türkiyə, İŞİD adlandırılan qruplaşma əleyhinə müştərək əməliyyat vaxtı ABŞ hərbçiləri tərəfindən kürd döyüşçülərinə məxsus rəmzlərin daşınmasına etiraz edib.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ı “ikiüzlü” adlandıraraq təcrübəni “qeyri-məqbul” kimi səciyyələndirib.
Amerika tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələr (SDF) qrupunun fotoşəkillərini AFP müxbiri çəkib.
İŞİD-ə qarşı vuruşan ərəb-kürd qruplaşmasında üstünlük təşkil edən kürd döyüşçüləri yanında ABŞ əsgərləri də əks olunub.
Bu arada kadra düşən ABŞ əsgərlərinin üzərində YPJ kürd silahlı qrupunun emblemini görmək olar.
Görüntülər PKK ilə münaqişədə olan Türkiyəni daha da acıqlandırıb.
Pentaqon nümayəndəsi deyib ki, təhlükəsizlik məsələlərinə görə bəzən əsgərlər partnyor qüvvələrdən seçilməməlidir (BBC).


Şərhlər