Menu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin büdcəyə borcu 3 dəfə artıb

28.05.2016, 16:32

1397541819_rabite-nazirliyi110506-1-bigBu, Nazirliyin strukturuna daxil olan müəssisələr üzrə məcmu öhdəliklərdir

Ötən il ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxil olan müəssisələr üzrə dövlət büdcəsinə olan borcların həcmi 2,8 dəfə artaraq 5 971,2 min manat, artıq ödəmənin həcmi isə 0,3% artaraq 3 542,8 min manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

Bundan başqa, hesabat dövründə sisteminə daxil olan müəssisələr üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 14,9%, 2014-cü illə müqayisədə isə 14,3% artaraq 37 393,1 min manatadək yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol