Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb.
O xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər