Menu

Krımın «prokuroru» Poklonskaya yeni bir qalmaqalda!

30.05.2016, 11:58
Krımın «prokuroru» Poklonskaya yeni bir qalmaqalda!

Rusiya KİV-nin məlumatına görə, Krımın «özündənbəy» prokuroru Natalya Poklonskaya «Ölməz alay» adlı aksiyaya əlində sonuncu rus çarı İkinci Nikolayın ikonasını tutaraq gəlib. Rusiya prezidenti Vladimir Putinin müşaviri, jurnalist Maksim Şevçenko isə Poklonskayanın bu hərəkəini tənqid edib. Bu barədə müşavir «Exo Moskvı» radiosunun efirindən bəyan edib.

«Xanım Poklonskayaya sadəcə, xatırlatmaq istəyirəm ki, müharibə illərində xaricdə monarxistlərlə birlikdə, «Rusiya Pravoslav Kilsəsi» (RPK) də olub və həmin kilsənin başçısı mitropolit Anastasiy Rusiyaya yürüş etmək məsələsində Adolf Hitlerə xeyir-dua verib. Və məhz onlar çarın ikonasını çəkiblər - onlar RPK adamları olub» - deyə, Şevçenko bəyan edib.

Onun fiknincə, Poklonskayanın hərəkəti - İkinci dünya müharibəsinin tarixinə yenidən baxmaq və qızıl ordunu böhtanlamaq istiqamətində mənfi rəy qazanmış bir cəhddir. Belə cəhd Rusiyada cinayət sayılır. Şevçenko, bu məsuliyyətin təşəbbüskarı kimi, Dövlət Dumasının «Vahid Rusiya» blokundan olan deputatı İrina Yarovaya Poklonskayanın hərəkətinə diqqət yetirməyi çağırış edib.

««Ölməz alay» - hər kəsin şəxsi xatirəsi və şəxsi kədəridir. Bu məsələdə biz - liberallar, putinistlər, kommunistlər, antikommunistlər birləşirik. Belə tədbirin siyasiləşdirilməsi, özü də prokuror tərəfindən siyasiləşdirilməsi, qəbuledilməzdir. Mən hesab edirəm ki, bir vaxtlar qızıl ordunun rolunu böhtanlayan hərəkətlərə görə, cinayət məsuliyyətinin nəzərdə tutulması təşəbbüsünü irəli sürmüş İrina Anatolyevna Yarovaya bu məsələyə baxmalıdır. Çünki İkinci Nikolayın şəxsiyyətinin irəli çıxarılması, böyük qələbədə qızıl ordunun rolunun açıq şəkildə aşağı salınması və sovet tarixinin təhrif olunması deməkdir» - deyə, Şevçenko əminliyini bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol