"Ərdoğan bu naticədən sonra prezident seçkilərində namizədliyini irəli sürə bilər"
Bələdiyyə seçkiləri Türkiyədə olduğu qədər dünyanın da diqqət mərkəzindədir.Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, nəticələr açıqlandıqdan sonra dünya mətbuatı Ərdoğanın Gəzi hadisələrinə, 17 dekabr rüşvət əməliyyatına rəğmən seçkilərdəki qalibiyyətindən yazıb. Bəzi mətbuat orqanları isə Ərdoğanın prezident seçkilərinə hazırlaşdığını düşünür.
The vall street journal:
"Türkiyədəki səsvermələr Ərdoğanı daha da gücləndirdi. Baş nazirin partiyası havada uçan ittihamların arasından yerli seçkilərdə uğurla çıxdı. Ərdoğan karrupsiya ittihamlarına rəğmən seçkilərdə qalib oldu. AKP 2009- cu ilin seçkilərindən daha çox səs yığdı.
Eyni zamanda məntəqələrdəki uzun növbələr seçicilərin fəallığından xəbər verirdi".
Blomberg:
"Ərdoğan yerli seçkilərdə zəfərini elan etdi. İktidardakı partiya korrupsiya qalmaqalları arasında qalib gəldi. Yerli seçkilər Ərdoğanın arxasındakı gücün imtahanı idi. Və Ərdoğan bu imtahandan da uğurla çıxdı".
The telegraph:
"Ərdoğan seçkilərdə müxalifəti məğlub etdi. AKP kütləvi etiraz aksiyaları, korrupsiya dalğaları, internet qadağaları ilə damğa vurduğu bir vaxtda yerli seçkilərdə müxalifəti böyük səs fərqi ilə yendi. Ərdoğanın liderliyi üçün referendum hasab olunan seçkilər sadaladığımız uğursuzluqlarla bərabər səs yazılarının da ardından baş tutdu".
The guardian:
"Ərdoğan korrupsiya qalmaqalları və dövlətin içinə sızmış "vətən xainlərinin yaydığı" dediyi səs yazılarından sonra seçkilərdə qalib gəldi. Bu seçkilər onun üçün referenduma dönmüşdü. Yığılan səslərin fərqi böyük idi. Ərdoğan böyük fərqlə qaləbə qazandı. AKP seçkidən əvvəl 2009 da qazandığı 38,8 faiz səs hədəfləmişdi. Ərdoğan bu naticədən sonra prezident seçkilərində namizədliyini irəli sürə bilər".
Franse 24
"Baş nazir bütün qalmaqallara rəğmən bazar günü etibar testi olaraq girdiyi yerli seçkilərdən qalib çıxdı. Seçkinin nəticələri qarşıdakı prezident seçkilərində namizəd olmağa hazırlaşan Ərdoğanın siyasi gələcəyinə də təsir edəcək. Baş nazir partiyanın nizamnaməsini dəyişərək baş nazirlikdə dördüncü müddəti də hədəfləyə bilər.
El Cezire
İktidardakı AKP bələdiyyə seçkilərindən fərqli bir qalibiyyətlə çıxdı. Səs yazılarının sızmasına, rüşvət iddialarına baxmayaraq 12 illik AKP- nin əldə etdiyi bu qalibiyyət Türkiyə baş naziri üçün bir etimad səsverməsi idi".
Kuna (Küveyt xəbər agentliyi):
"Seçkilərdən öncə AKP- nin bəzi yeni bələdiyyələrlə və kürdlərin çoxluq təşkil etdiyi bələdiyyələrdə səs itirəcəyi deyilirdi. Bu proqnozlara cavab olaraq AKP böyük fərqlə zəfər çaldı. Kürdlər yeni siyasi və iqtisadi dönüş ümidindədirlər. Bələdiyyə seçkiləri Ərdoğanın AKP- sinin güclü və böyük fərqlə qalib olduğunu göstərdi. Amma buna baxmayaraq AKP üçün əhəmiyyətli olan Ankarada olduqca gərgin bir yarış oldu".
Haaretz:
Ərdoğan bələdiyyə seçkilərində zəfərini elan etdi. Türkiyə baş naziri zəfər ədası ilə onu rüşvətdə günahlandıranları xain adlandırdı. Və bunun bədəlini ödəyəcəklərini söylədi.
Xinhua:
Türkiyə baş naziri Ərdoğan böyük korrupsiya əməliyyatından sonra girdiyi iqtidar testindən uğurla çıxdı.


Şərhlər