Menu

Türkiyədə törədilən partlayış nəticəsində - 4 nəfər ölüb, 19 nəfər yaralanıb

30.05.2016, 21:57
Türkiyədə törədilən partlayış nəticəsində - 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb. Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Terrorçuların axtarışı və zərərsizləşdirilməsi edilməsi üçün əməliyyata başlanılıb.

Partlayış bölgəsinə çox sayda polis sövq edilərkən, terroristlərin tutulması üçün əməliyyat başladıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol