Menu

Polşa, Rusiya qazından imtina edir

31.05.2016, 12:46

QazpromAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa hökuməti Rusiyanın «Qazprom» şirkəti ilə əvvəllər bağlamış olduğu uzunmüddətli müqavilənin vaxtını uzatmaq fikrində deyil.

Energetika infrastrukturlarının inkişafı məsələləri üzrə Polşa hökumətinin nümayəndəsi Pyotr Nainskinin sözlərinə görə, ölkədə sıxılmış qaz terminalının meydana çıxması sayəsində Varşava bu addımı ata bilər.

Xəbər verilir ki, Qətərdən Polşaya sıxılmış qazın ilk partiyası artıq iyun ayında göndəriləcək. Bundan başqa, Polşa özünün, Danimarkanın və Norveçin qaz nəqliyyatı infrastrukturlarının birləşdirilməsi layihəsini reallaşdırmaq barədə düşünür.

Məlumat üçün bildirək ki, Polşa hökumətinin «Qazprom»la bağlamış olduğu müqavilənin vaxtı 2022-ci ildə başa çatır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol