Menu

Canavarlar İsmayıllı sakinini yaralayıb Böyüt

31.05.2016, 14:27

canavar-surusuİsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol