Menu

Pensiyaların formalaşması ilə bağlı yeni qanun hazırlanıb

31.05.2016, 15:24

pensiyacilar-bankomatdaAzərbaycanda pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"Prezidentin təsdiq etdiyi pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır", - deyə nazir qeyd edib.

"Diplomatlara gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif edilir ki, xaricdə çalışan zamanı əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olacaq", - deyə S.Şərifov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol