Menu

Əvəz Zeynallının əməliyyata ehtiyacı var

31.03.2014, 16:18
Əvəz Zeynallının əməliyyata ehtiyacı var

“Xural” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının səhhətində problem var. Jurnalistin həyat yoldaşı Məlahət Zeynalova “Media forum” saytına belə deyib.

Məlahət Zeynalova Əvəz Zeynallı ilə Novruz bayramı ərəfəsində görüşdüyünü bildirib: “Əvəzin burun-qulaq ağrıları olur. Ağrılara son qoymaq üçün cərrahiyyə əməliyyatına ehtiyac var. Həkimlə danışmışıq, ara-sıra dərmanlar yazır, yanına göndəririk. Çalışırıq ki, əməliyyata qədər vəziyyəti dərmanlarla stabil saxlayaq”.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol