“Hakim Yeni Azərbaycan Partiyası Türkiyədəki bütün seçki kampaniyası ərzində AKP-yə siyasi dəstək verib. İndi biz bu seçkilərin nəticələrindən məmnunuq. Çünki bizim müttəfiqimiz qalib gəlib”.
Bu sözləri virtualaz.org saytına açıqlamasında YAP-ın mətbuat katibi Hüseyn Paşayev deyib.
Onun fikrincə, AKP Türkiyə cəmiyyətində böyük nüfuza malikdir və Ərdoğanın partiyasının qələbəsi gözlənilən idi.
“YAP da öz tərəfindən bu qələbəyə sevinir. Bizim partiyanın gənclər təşkilatının fəalları AKP-nin gəncləri ilə birlikdə Ərdoğanın Konya və Samsun mitinqlərində iştirak edib. Ərdoğan özü də buna görə təşəkkür bildirib” - deyə H.Paşayev bildirib.


Şərhlər