Menu

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

01.06.2016, 12:53

hava aprel yagis gun yasilEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 1-i axşamdan 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol