Menu

​“Sirab” zavodunun sürücüsü iş yerində suda boğuldu

01.06.2016, 14:28
​“Sirab” zavodunun sürücüsü iş yerində suda boğuldu

Bakıda H.Əliyev prospekti 106 ünvanında yerləşən “Sirab” su zavodunun həyətində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Babək rayon sakini 1967-ci il təvəllüdlü Adil Əbilov zavodun həyətində yerləşən su hovuzuna ehtiyatsızlıqdan yıxılaraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki A.Əbilov müəssisədə sürücü vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol