Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin işi üzrə martın 31-i Abşeron Rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan proses baş tutmayıb.
Vəkil Elton Quliyev “Media forum” saytına deyib ki, sabiq nazirin müdafiəçiləri başqa prosesdə iştirak etdiklərinə görə məhkəməyə gedə bilməyiblər. Hakim İlkin Rəcəbov prosesi qeyri-müəyyən müddətədək təxirə salıb.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. Prokuror Nicat Quliyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Şərhlər