Menu

Türkiyədən Rusiyaya əks həmlə

01.06.2016, 16:49
Türkiyədən Rusiyaya əks həmlə

Türkiyə bu gündən etibarən Rusiyadan gələn TIR-ların sürücülərinə viza tətbiq etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin rəsmisi Fateh Şənər məlumat verib.

Onun sözlərinə görə, Türkiyə TIR-larının sürücülərinin vizaları olmalarına baxmayaraq, Rusiyaya girə bilmirlər:“Bu ilin ilk 4 ayında Rusiyadan Türkiyəyə 580 TIR keçib. Lakin əks istiqamətdə bu rəqəm sıfırdır”.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya 2016-cı il yanvarın 1-dən etibarən Türkiyə vətəndaşlarına viza tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol