“Sosialist İnternasionalının (Sosintern) keçirəcəyi iclasın vaxtı artıq planlaşdırılıb. İclas iyun ayının ikinci yarısı Bakıda keçiriləcək”.
Bunu Modern.az.-a açıqlamasında Sosinternin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP)sədri, deputat Araz Əlizadə deyib.
Araz Əlizadə iclasa qatılacağı təqdirdə müzakirə olunacaq mövzudan da danışıb.
“Adətən təkliflər iclasların keçirilməsindən bir həftə əvvəl müəyyənləşir. Həmçinin, bizim bir daimi mövzumuz var ki, o da Qarabağdır. Biz partiya olaraq bütün tədbirlərdə Qarabağı gündəmdə saxlayırıq.
Həmçinin, iyul ayının 1-i və 2-si isə Cenevrədə Sosinternin iclası keçiriləcək”
Araz Əlizadə onu da bildirib ki, Ermənistanın "Daşnaksütyun" Partiyasının da Bakıdakı tədbirdə iştirakı planlaşdırılır.


Şərhlər