Menu

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları açıqlandı

01.06.2016, 17:02

merkezi-bank-azpolitikaAzərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il iyunun 1-nə 4 284,3 mln. ABŞ dolları təşkil edib. "Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 163,7 mln. dollar və ya 3,97% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 732,4 mln. dollar və ya 14,6% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 146,5 mln. dollar və ya 49,18% azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol