İtaliya klubu Caner Erkinlə üç illik müqavilə imzalayıb
"AzPolitika" xəbər verir ki, Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Caner Erkin İtaliyanın A seriyasında çıxış edən "İnter" komandasına transfer olub. Bu barədə "İnter" klubunun rəsmi saytında xəbər verilib.
Məlumata görə, italiyalılar türkiyəli futbolçu ilə üç illik müqavilə imzalayıblar.
Xatırladaq ki, Caner Erkinin "Fənərbağça" klubu ilə müqaviləsi bu il başa çatıb.


Şərhlər