Menu

Türkiyədə növbəti terror aktı: 12 hərbçi yaralanıb

01.06.2016, 19:03
Türkiyədə növbəti terror aktı: 12 hərbçi yaralanıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin şəhərində terror aktı törədilib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, PKK terrorçularının bir binaya yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 12 hərbçi yaralanıb.

Məlumata görə, Türkiyə əsgərləri dağıntıların altından hərbçi yoldaşlarının yardımı ilə çıxarılaraq rayon xəstəxanasına qaldırıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol