Menu

Fransa Rusiyanın gəmilərini sabah Misirə verəcək

01.06.2016, 23:25
Fransa Rusiyanın gəmilərini sabah Misirə verəcək

Fransa Misirə “Mistral” tipli vertolyotdaşıyan gəmiləri sabah verəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Fransa mətbuatı yayıb. Mətbuat “Mistral”ların Misirə verilməsi üçün keçiriləcək tədbirdə hər iki ölkənin müdafiə nazirinin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Misir Fransadan iki “Mistral” alacaq. Bu gəmilərdən yalnız biri sabah Qahirəyə veriləcək. Digər gəmi isə sentyabrda hazır olacaq.

Bundan öncə Rusiya da Fransaya “Mistral” tipli vertolyotdaşıyan gəmilər sifariş versə də, sonradan Ukrayna hadisələri ilə əlaqədar Paris bu müqavilədən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol