Menu

Benzemadan millidən uzaqlaşdırılmasına münasibət - "İrqçilikdi"

01.06.2016, 23:48
Benzemadan millidən uzaqlaşdırılmasına münasibət - "İrqçilikdi"

Benzema Fransa millisindən uzaqlaşdırılmasına münasibət bildirib.

Madrid "Real"ının ulduz futbolçusu Kərim Benzema Fransa millisindən uzaqlaşdırılmasına münasibət bildirib.

Ans press-in məlumatına görə, İspaniya mətbuatına danışan hücumçu yığmanın baş məşqçisi Didye Deşampı sərt şəkildə tənqid edib.

"Benzema və Valbuena yığmadan kənarda qalıb"

Forvard millidən kənarda qalmasını irqçilikdə əlaqələndirib. Benzemanın fikrimcə ona qarşı məhz bu çirkin vasitədən istifadə olunur.

Benzema millidən komanda yoldaşı olan Matye Valbuenanı şantaj etməkdə təqsirli bilindiyi üçün yığmadan uzaqlaşdırılıb.

AÇ-2016-ya ev sahibliyi edəcək Fransa millisinin heyəti açıqlanıb. Komandanın baş məşqçisi Didye Deşamp 23 futbolçuya dəvət göndərib. Şantaj qalmaqalında adları hallanan Kərim Benzema və Matyu Valbuena yığmadan kənarda qalıb.

Qapıçılar: Benoit Kostil, Huqo Loris, Stev Mandanda

Müdafiəçilər: Lukas Diqne, Patris Evra, Jallet, Laurent Kosielni, Ceremi Mathieu, Basary Sanya, Mamadou Sako, Rafael Varan,

Yarımmüdafiəçilər: Yohan Kabaye, Lassana Diarra, Kante, Matuidi, Poul Poqba, Mohammed Sissoko

Hücumçular: Koman, Gignak, Olivier Jiru, Qrizman, Martial, Dmitri Payet

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol