Menu

Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etdi

01.06.2016, 23:59

tirTürkiyə sərhədini keçən Rusiya tırları bu gündən etibarən mütləq qaydada viza almalıdırlar.

Türkiyə sərhədini keçən Rusiya tırları bu gündən etibarən mütləq qaydada viza almalıdırlar. Belə bir məlumatı Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyası yayıb.

Məlumatda deyilir ki, uzun müddət Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etməyib. Lakin Rusiya tərəfindən türk malları üçün sərhəddə nəzarət qaydaları gücləndirildikdən sonra iyun ayının 1-dən belə bir tədbirə əl atılıb.

Qurum xatırladıb ki. cari ilin əvvəlində Rusiya birtərəfli qaydada viza rejimini tətbiq edib. Bu tətbiqetmə Türkiyə tırlarına da şamil olunub. Həmin səbəbdən tırlar alternativ Xəzər marşrutundan istifadə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol