AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bu ölkədəki təqaüdçülərin həyat səviyyəsini Ukraynadakı profil durumla müqayisə edib.
Prezident qeyd edib ki, Rusiyada təqaüd ödənişləri indeksləşdirilib, Kiyev isə ümumiyyətlə, belə tədbir həyata keçirməyib: «Nəzərə almaq lazımdır ki, Ukraynada inflyasiya 48,7 faiz təşkil edir ki, bu da Rusiyadakından dəfələrlə yüksəkdir. Qonşu ölkədə təbii qazın tarifləri 3,3-6,6 dəfə yüksəlib, elektrik enerjisinin qiyməti 60,0-70,0 faiz, isti suyun qiyməti 60,0 faiz qalxıb. Belə bir şəraitdə Ukraynada təqaüdlər «dondrulub». Hər şeyi müqayisənin köməyi ilə dərk etmək lazımdır...».
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Krıma səfəri zamanı təqaüdçülərlə görüşündə «təqaüdlər nə üçün indeksləşdirilmir» barədə bir təqaüdçünün sualına Rusiyanın baş naziri Dmitri Medvedyev «pul yoxdur, amma siz, möhkəm dayanın» cavabını vermişdi. Prezident hesab edir ki, hökumət başçısının sözləri kontekstdən çıxarılaraq, təhrif olunub. O, həm də əmin edib ki, hökumət özünün sosial öhdəliklərinin icrasına böyük diqqət ayırır.
AzPolitika.info

Şərhlər