Rusiya KİV-nin yaydığı məlumata görə, Meksika Rusiyaya balıq, ət, süd və şirə (meyvə və tərəvəz) məhsullarının ixracını artırmaq təklifi ilə çıxış edib (İnterfaks.ru).
Xəbərdə qeyd olunur ki, Meksika, balıq, ət və süd məhsullarının, o cümlədən, çörək-bulka, şirə və konserv məhsulları hesabına ümumi ixracın genişləndirilməsində maraqlıdır.
Bu ölkədən ərzaq ixracı məsələsi «Rosselxoznadzor»un rəhbəri Sergey Dankvertin Moskvada Meksikanın səfiri Ruden Beltrana Herrero ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.
Dankvertin sözlərinə görə, Rusiya tərəfi bütün vacib məsələləri razılaşdırmadan öncə, Rusiyaya və Avrasiya İqtisadi İttifaqına (AAİİ) məhsul ixrac etməkdə maraqlı olan Meksikanın ət, süd və balıq məhsulları istehsalçılarının inspeksiyasını həyata keçirəcək.
Meksika səfiri isə qeyd edib ki, ölkəsi Rusiya ilə ticarətin həcmini artırmaq üçün yüksək potensiala və Rusiyanın aqrar-sənaye kompleksinə ciddi investisiya qoyuluşlarının reallaşdırılması üçün geniş imkanlara malikdir.
AzPolitika.info


Şərhlər