Menu

"Prezidentlərin növbəti görüşü ilə bağlı razılıq əldə olunması çox müsbət haldır”

02.06.2016, 10:35
"Prezidentlərin növbəti görüşü ilə bağlı razılıq əldə olunması çox müsbət haldır”

“Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard qeyd edib ki, Aİ belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: “Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol