Menu

Azərbaycan "Rio-2016" olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI

02.06.2016, 14:06
Azərbaycan "Rio-2016" olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI

rio-201618 növdən 4-ü yenidir

Azərbaycan idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında rekord sayda idman növü və idmançı ilə təmsil olunacaqlar. "Report"un məlumatına görə, indiyədək başa çatmış lisenziya yarışları nəticəsində vəsiqələrin sayı "London-2012"dəki göstəricini keçib.

Olimpiadanın rəsmi saytına əsasən, Rio-de-Janeyroda 10 000-dək idmançı 39 yarış növü üzrə 301 dəst medal uğrunda mübarizə aparacaq. Bu günədək Azərbaycanın 55 idmançısı 18 növdə lisenziyanı təmin edib. Onlar artıq 57 medal qazanma şansı əldə ediblər.

Amma lisenziya sayında artım və ya azalma baş verə bilər. İş ondadır ki, lisenziya yarışları hələ yekunlaşmayıb. Bu ay Bakıda boks üzrə dünya təsnifat turniri keçiriləcək. Boksla yanaşı, atletika, üzgüçülük kimi növlərdə də lisenziya artımı gözlənilir. Azalma isə ağırlıqqaldıranlara dopinq-testdən keçə bilməmələri səbəbindən cəzanın verilmə ehtimalı üzündən baş verə bilər.

Bundan başqa, Rio-2016"ya yeni növlərdə - oxatma, kanoe-slalom, trek velosipedi və triatlonda lisenziyalar qazanılıb.

Azərbaycan idmançılarının lisenziya qazandığı idman növləri (təmsil olunacaq idmançıların və onların qazandıqları lisenziyaların sayı): Oxatma (1-1), idman gimnastikası (2-2), atletika (3-3), boks (8-8), kanoe-slalom (1-1), kayak-kanoe (2-3), şosse velosipedi (2-2), trek velosipedi (1-2), qılıncoynatma (1-1), cüdo (6-6), bədii gimnastika (1-1), akademik avarçəkmə (2-1), atıcılıq (1-1), üzgüçülük (1-2), taekvondo (4-4), triatlon (1-1), ağırlıqqaldırma (4-4), güləş (14-14)

Olimpiadada Azərbaycanı təmsil edəcək idmançılar:

 

 

 Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol