Menu

Türkiyədə daha bir hərbi maşın partladıldı: 7 yaralı

03.06.2016, 15:06
Türkiyədə daha bir hərbi maşın partladıldı: 7 yaralı

Türkiyədə növbəti terror aktı törədilib. Hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib.

Belə ki, terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 7 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib.

Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb. (Report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol