Şirvan şəhərində quldurluq hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər doğum evinin baş həkimi Sevda Səbirağa qızı Həsənovanın evinə naməlum şəxs və ya şəxslər basqın edib. Məlumata görə, quldurlar baş həkimin ərinin nənəsinin ağzını bağlayaraq evdən pul və qızıl-ziynət əşyaları oğurlayaraq aradan çıxıblar.
Faktla bağlı Şirvan Şəhər Polis şöbəsində quldurların axtarılaraq tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Şərhlər