Menu

Məsut Özildən alman deputata - Sərt cavab

03.06.2016, 17:47
Məsut Özildən alman deputata - Sərt cavab

mesut-ozil-herkese-fark-attiAndrea Kersten Məsut Özili Məkkəyə getdiyi üçün qınayıb.

Almaniyanın Alternativ partiyasının millət vəkili Andrea Kersten əslən türkiyəli Almaniya yığmasının və “Arsenal” klubunun ulduz futbolçusu Məsut Özilin Məkkəyə getdiyi üçün millidən kənarlaşdırmasını istəyib. Ans press-in məlumatına görə, almaniyalı siyəsətçi qadın futbolçunun bu hərəkətinin vətənpərvərliyə zidd olduğunu deyib.

"İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaqda"

Kersten iddia edib ki, Məsut Məkkədən şəkil paylaşmaqla bildirmək istəyir ki, kişi və qadın münasibətləri eyni deyil. Siyəsətçi qeyd edib ki, Məsut eynicinslərin ölümlə təhdid olunması, namus üstündə cinayətlərə dəstək verdiyini göstərmək istəyib.

Andrea Kersten bu sözlərdən sonra dünyanı ən yaxşı yarımmüdafiəçi və məhsuldar ötürməsi ilə valeh edən futbolçunu Almaniya yığmasından kənarlaşdırılmasını təklif edib. Məsut Yılmaz isə siyəsətçinin cvabını gecikdirməyib. “İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaq".

Futbolçu ötən həftə Məkkəni ziyarət edib. Məsut ziyarət zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Özil səfəri zamanı Dubayı da gəzib.

Yarımmüdafiəçi Almaniya yığması ilə 2014-cü ildə Dünya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol