"AzPolitika" xəbər verir ki, tıxacın ən sıx olduğu istiqamətlərdən biri də, Koroğlu dairəsindən üzü maşın bazarı istiqamətinə gedən yoldur. "Bu yollar tam bağlı olduğundan tıxac hətta "Neftçilər" və "Qara Qarayev" metrostansiyalarının ətrafında da müşahidə olunur. Hadisə yerində isə az sayda DYP əməkdaşlarının olması maraq doğurur" - tıxacda qalan sakinlər məlumat veriblər.
***
Bakının bir çox prospektlərində hazırda görünməmiş tıxac yaşanır.Axar.az xəbər verir ki, şəhərin şimal girişi, 20 Yanvar dairəsi, Tiflis prospekti, Dərnəgül şossesi, Koroğlu dairəsi və bu prospekt və şosseyə birləşən yollarda nəqliyyatın hərəkəti tam dayanıb.
Tıxacda qalan oxucularımızın verdiyi məlumata görə, 2 saata yaxındır şəhər istiqamətində tıxac yolu tam bağlayıb. Axşam saatları olmasına rəğmən, hələlik sıxlıq nisbi də olsa azalmayıb.
Bakıda nəqliyyatın hərəkətini tam iflic edən bu cür nadir tıxacın səbəbi bilinmir.


Şərhlər